SON XƏBƏRLƏR

Türkiyә ilə Yunanıstan arasında yeni dövr yaşanır

2021.10.20, 07:36
Türkiyә ilə Yunanıstan arasında yeni dövr yaşanır

Gunaz.tv

GünAzTv: Türkiyənin dövlət naziri Egemen Bağış Türkiyә-Yunanıstan münasibətlərinin inkişafı üçün qızıl dövrün yaşandığını bildirib.

Yunanıstanın NET televiziyasına müsahibə verən Bağış türk-yunan әlaqәlәri və Kıbrıs məsələsinə də münasibətini bildirib.

 

Türkiyə və Yunanıstanın məsələlərini dinamik şəkildə müzakirə edib, həll etmə imkanına malik iki cəsur baş nazirinin olduğunu vurğulayan dövlət naziri məhz məsələlərin həlli üçün әhәmiyyәtli fürsətin yarandığını açıqlayıb. bu barədə SİA "trt"yə istinadən xəbər yayıb.

 

Türkiyə hökumətinin Heybəliyədə ruhban məktəbinin açılmasının nə dərəcədə çətin olması ilə bağlı sualı cavablandıran Egemen Bağış Yunanıstan üçün Afinanın mərkəzində hündür məscid inşa etmək nə dərəcədə çətin olsa da, lakin imkansız olmadığını da bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar