SON XƏBƏRLƏR

Avropa Birliyi Gürcüstanın üzünə qapılarını açır

2021.10.20, 07:36
Avropa Birliyi Gürcüstanın üzünə qapılarını açır

Gunaz.tv

GünAzTv: Avropa Birliyinin (AB) prezidenti Joze Manuel Barrozu Gürcüstan prezidenti Mixail Saakaşviliyə birliyə üzv olmaları ilə bağlı məsləhət verib.

Milli.Az «İnterfaks»a istinadən xəbər verir ki, o, Saakaşvilidən Avropa Birliyinə üzvlüklə bağlı rəsmi ərizə ilə müraciət etməsini istəyib. «Bu ərizə Gürcüstan-AB əlaqələrinin daha da dərinləşdirilməsinə, onun investisiyalar üçün daha cəlbedici olmasına imkan yaradacaq», - deyə Barrozu Brüsseldə Saakaşvili ilə birgə keçirdiyi brifinqdə bildirib.

O, Gürcüstanın ərazi bütövlüyünə də dəstək verib: «Avropa Birliyi Gürcüstanın hansısa hissəsinin işğalını heç zaman qəbul etməyəcək».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar