SON XƏBƏRLƏR

Jurnalistlərimiz Əhmədinejadı sıxışdırdılar

2021.10.20, 07:36
Jurnalistlərimiz Əhmədinejadı sıxışdırdılar

Gunaz.tv

GünAzTv: Bakıda səfərdə olan İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad bu gün mətbuat konfransı keçirib.

Qurban bayramı günlərində Azərbaycana səfər etdiyinə görə şükranlığını bildirən İran prezidenti NATO və ABŞ-ın ünvanına sərt mesajlar səsləndirib. Xəzər dənizinin statusu ilə bağlı danışarkən Əhmədinejad Xəzərin dostluq dənizi olmalı olduğunu vurğulayıb. İranda edam cəzasının mövcudluğu barədə sualın cavabında president ABŞ-da edam cəzasına məhkum olunan 53 qadınla bağlı Qərb mediasının susduğunu iddia edib.

Mətbuat konfransında İranın işğalçı Ermənistanla əlaqələri barədə jurnalistlərin suallarına cavab verməkdən yayınan Əhmədinejad sonradan təkrarən eyni suallarla üzləşib. Bu dəfə də sualın təkrar olduğunu deyərək cavablandırmaqdan imtina edən İran prezidenti media mənsublarının təpkisi ilə üzləşib. Media mənsubları ardıcıl şəkildə İran-Ermənistan əlaqələri barədə sualı təkrarlayıb. Tədbirdə iştirak edən “Yeni Müsavat” əməkdaşlarının verdiyi məlumata görə, vəziyyətin çıxılmaz olduğunu görən İran prezidenti mətbuat konfransını yekunlaşdırmaq məcburiyyətində qalıb.

Mətbuat konfransından hazırlanmış geniş reportajı sabah oxuya bilərsiniz.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar