SON XƏBƏRLƏR

Futbol müsabiqəsində tutuqlanan soydaşlarımıza QADAĞA...

2021.10.20, 07:36
Futbol müsabiqəsində tutuqlanan soydaşlarımıza QADAĞA...

Gunaz.tv

GünAzTv: Təbrizin səhənd stadyomunda (stadion) “Şəhrdari-Pas” arasında keçirilən müsabiqə zamanı tutuqlanan soydaşlarımız zəmanət qarşılığında azadlığa buraxılıblar.

 

Noyabr ayının 12-də (Abanın 21-i) yaxalanan soydaşlarımız azadlığa buraxılsalarda, Səhənd stadyomunda 5 müsabiqəni izləyə bilməyəcəklər. Onlar müsabiqə zamanı təhlükəsizlik şöbəsinə getməlidirlər. Müraciət edənlər müsabiqədən sonra azad ediləcəklər.

 

Kimliyi müəyynləşən tutuqlanan soydaşlarımızın adları:

-Vəhid Təğəvi

-Nasir ... (Vəhid Təğəvinin xalası oğlu)

-Yusif Abidpur

- Məhəmmədhüseyn Fəthi

-Yusif Əzim

-Məhəmməd Lider

-Adı müəyyənləşməyən bir Marağalı

-Fəramərz Bəxşi

- və ...

Xatırladaq ki, Təbrizdə keçirilən futbol müsabiqələrində bu tip halların baş verməsi, tamaşaçıların stadyoma buraxılmaması və onlara qarşı müxtəlif formalarda təzyiq edilməsi artıq adi hala çevrilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar