SON XƏBƏRLƏR

Milli Sərdar Sattarxanla bağlı keçirilən Mərasim yarıda buraxılıb

2021.10.20, 07:36
Milli Sərdar Sattarxanla bağlı keçirilən Mərasim yarıda buraxılıb

Gunaz.tv

GünAzTv: Əllameye Təbatəbayi universitetində, Şəhid Milli Sərdar Sattarxanın vəfatının növbəti ildönümündə keçirilən mərasim universitetin təhlükəsizlik (hərasət) məsulları təzyiqi altında yarıda buraxılıb.

 

Noyabrın 15-də (Abanın 24-ü) keçirilən mərasim yerli vaxtla saat 14-dən 17-yə qədər dəvam etməli idi. Ancaq mərasim doktor Əqil Azərdoxt və doktor Lətifinin çıxışından sonra aparıcı tərəfindən saat 15:30-da bağlanmış elan edilir.

 

Mərasim iştirakçıları nəzərdə tutulan digər çıxışçıların çıxışını tələb edib və aparıcıya etiraz ediblər. Aparıcı isə universitetin təhlükəsizlik məsullarının təzyiqi altında tədbiri bağladığını etiraf edib.

 

Xatırladaq ki, Mərasim bir sıra türk öyrənci tərəfindən icazəli şəkildə təşkil edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar