SON XƏBƏRLƏR

Qırğızıstanda ara yenə qarışdı

2021.10.20, 07:36
Qırğızıstanda ara yenə qarışdı

Gunaz.tv

GünAzTv: Qırğızıstanın sabiq prezidenti Kurmanbek Bakiyevlə bağlı məhkəmə dinləmələrinə başlanılıb.Proses Bişkek küçələrində yeni gərginlik, qarşıdurma halları ilə müşayiət olunur.

Proses başlayar-başlamaz, apreldəki iğtişaşlar zamanı həlak olmuş insanların yaxınları günahkarlara və onların təmsilçilərinə hücum çəkməyə çalışıb. Onlar məhkəmə zalında oturmuş şəxslərə – müttəhimlərin qohumlarına da basqın etməyə cəhd göstəriblər.Yalnız asayiş keşikçilərinin müdaxiləsi nəticəsində insidentin qarşısını almaq mümkün olub.

GünAzTv mətbuat mərkəzinin “Radio antenn”-ə istinadən yaydığı məlumata görə, Küçədə isə «Ölümə ölüm!», «Sizi tutmasalar, biz özümüz güllələyəcəyik» kimi şüarlar səsləndirilməkdədir.

Xatırladaq ki, apreldə Qırğızıstanda hakimiyyət dəyişikliyilə nəticələnmiş iğtişaşlar nəticəsində 90-dək insan həlak olub, 1,5 min adam yaralanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar