SON XƏBƏRLƏR

Tehran NATO raketlərinin Türkiyədə yerləşdirilməsindən narahatdır

2021.10.20, 07:36
Tehran NATO raketlərinin Türkiyədə yerləşdirilməsindən narahatdır

Gunaz.tv

GünAzTv: Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst yenədə İranın həmişəki mövqeləri kimi mövqe sərgiləyib.

 

İran Türkiyədə NATO-nun raket hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi ideyasının İsrailin maraqlarının müdafiəsinə yönəldiyini düşünür. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst deyib.

 

O bildirib ki, bu ideyanın şübhəli məqsədləri bölgə ölkələri və müsəlman dünyasında narahatlıq doğurur: “Biz bölgə ölkələri üçün təhlükə törətmirik və İsrail istisna olmaqla, bu regionun heç bir ölkəsi bizə təhlükə yaratmır. Qərbin bu addımlarının əsas məqsədi İsraili dəstəkləmək və bölgə ölkələrinə qarşı cinayətlərə, təcavüzkarlığa davam etməsi üçün onu müdafiə etməkdir. Biz ümid edirik ki, bölgə ölkələri bu addımlara imkan verməyəcək. Region dövlətləri birgə səylərlə öz təhlükəsizliklərini təmin etmək və istənilən təhlükəni dəf etmək üçün kifayət qədər güc və imkanlara malikdir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar