SON XƏBƏRLƏR

Səkinə Aştiyani növbəti dəfə İran Telekanalında

2021.10.20, 07:36
Səkinə Aştiyani növbəti dəfə İran Telekanalında

Gunaz.tv

GünAzTv: İran hökuməti zina maddəsi ilə daşqalaq cəzasına məhkum edilmiş qadının özünün günah sahibi adlandırdığı videonu nümayiş etdirib. 

 

Səkinə Məhəmməd Aştiyani kimi təqdim olunan qadın üzü qapanmış halda göstərilib.  Həmin videoda Azərbaycan türkcəsində danışan qadının ifadələri fars dilinə tərcümə olunub.  Reportajda oktyabr ayında Aştianinin oğlundan müsahibə almağa cəhd edərkən saxlanılmış iki almanın da ifadələri nümayiş olunur.  Casusluqda ittiham olunan almanlar iranlı siyasi fəal tərəfindən aldanıldıqlarını deyirlər.  Onların sözlərinə görə almanları İrana göndərən anti-daşqalaq təşkilatının rəhbəri Mina Əhədi özünə ictimaiyyət arasında xal qazandırmağa çalışıb.

 

Xatırladaq ki, İran rejimi dəfələrlə Aştiyanını öz əleyhinə danışdırıb. İranın bu tip əməllərri həm İran vətəndaşları və həm dünya ictimaiyyəti üçün qeyri-cidii başa düşülür və inandırıcı gəlmir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar