SON XƏBƏRLƏR

Mahmud Əhmədinejad Bakıdadır

2021.10.20, 07:36
Mahmud Əhmədinejad Bakıdadır

Gunaz.tv

GünAzTv: İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad noyabrın 17-də Azərbaycana rəsmi səfərə gəlib.İran prezidentini Heydər Əliyev adına hava limanında baş nazirin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.Daha sonra Mahmud Əhmədinejad azərbaycanlı həmkarı prezident İlham Əliyevlə görüşüb. İran prezidenti Azərbaycana Xəzəryanı ölkələrin noyabrın 18-də Bakıda keçiriləcək sammitində iştirak etmək və iki ölkə arasında münasibətlərə dair Azərbaycan rəsmiləri ilə danışıqlar aparmaq üçün gəlib. İran prezidentindən başqa sammitdə Rusiya, Qazaxıstan, Türkmənistan prezidentlərinin də Azərbaycana gəlişi gözlənilir.Səfərdə Mahmud Əhmədinejadı xarici işlər naziri Manuçöhr Mottəki və energetika naziri Məcid Namju müşayiət edirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar