SON XƏBƏRLƏR

Sarkisyan Moskvaya gedir

2021.10.20, 07:36
Sarkisyan Moskvaya gedir

Gunaz.tv

GünAzTv: Ermənistan prezidenti Serj Sarkisyan bu gün Moskvaya ikigünlük işgüzar səfərə gedəcək. Onun Rusiyanın dövlət başçısı Dmitri Medvedevlə görüşəcəyi və Rusiya erməniləri İttifaqının yubileyinə həsr olunmuş tədbirlərdə iştirak edəcəyi planlaşdırılır.Serj Sarkisyan Dmitri Medvedevlə noyabrın 17-də görüşəcək. O, həmin cün Rusiya erməniləri İttifaqının yubileyinə həsr olunmuş qurultayında iştirak edəcək. Çərşənbə günü axşam Dövlət Kreml sarayında Ermənistan və Rusiyanın incəsənət ustalarının çıxışı olacaq. Bundan başqa, “Hayastan” fondunun himayəçilər şurasının sədri olan Serj Sarkisyan fond tərəfindən təşkil olunan illik qala-gecəyə qatılacaq.Qeyd edək ki, Rusiya erməniləri Şurası 2000-ci ilin iyununda yaradılıb. Təşkilata iş adamı, YUNESKO-nun xoşiməramlı səfiri Ara Abramyan rəhbərlik edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar