SON XƏBƏRLƏR

NATO Türkiyəni razı salmağa çalışır

2021.10.20, 07:36
NATO Türkiyəni razı salmağa çalışır

Gunaz.tv

GünAzTv: Türkiyədir. NATO müdafiə sistemi yerləşdirilməsi barədə ankaranın razılığını alyansın Lissabon sammitinədək almağı planlaşdırır.

GünAzTv: Qərbin raketdən müdafiə sistemi quraşdırmaq istədiyi ölkələrdən biri də, Türkiyədir. NATO müdafiə sistemi yerləşdirilməsi barədə ankaranın razılığını alyansın Lissabon sammitinədək almağı planlaşdırır.

Lakin Türkiyə hökuməti müdafiə qalxanının öz ərazisində yerləşdirilməsi barədə bir sıra şərtlər irəli sürüb. Həmin şərtlşəri baş nazir Rəcəb Tayyib Ərdoğan səsləndirib. Bu arada NATO-nun baş katibi Anders Foq Rasmussen Türkiyənin raketdən müdafiə sistemi barədə şərtlərinin noyabrın 19-20-də Lissabonda keçiriləcək alyansın sammitinədək çözüləcəyini bəyan edib. O, Lissabon görüşündə müdafiə qalxanı planının qəbul ediləcəyinə ümidvar olduğunu bildirib. Alman mətbuatına verdiyi müsahibədə Rasmussen rəsmi Ankaranın tələb etdiyi kimi müdafiə sistemində heç bir dövlətin anılmayacağını söyləyib. O, xüsusiylə İranın adını vurğulayıb. Rasmussen müdafiə sistemində hər hansı bir ölkənin adının qeyd olunması şərt olmadığını və dünyada 30-a qədər dövlətdə ballistik raket olduğunu bildirib. Onların avroatlantik məkana raket zərbəsi endirməyə qadir olduğunu qeyd edib. LiderTv

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar