SON XƏBƏRLƏR

Rəsmi Tehran Nigeriyaya gedən silahla bağlı açıqlama verib

2021.10.20, 07:36
Rəsmi Tehran Nigeriyaya gedən silahla bağlı açıqlama verib

Gunaz.tv

GünAzTv: İranın xarici işlər naziri Mənuçehr Mottəki bildirib ki, Nigeriyaya göndərilərkən aşkar edilmiş silah yükünün guya İrandan göndərilməsi barədə iddialar anlaşılmazlıqdan doğub.

Nigeriya bildirib ki, Laqosa gedərkən Mumbay limanında aşkar olunmuş konteynerlərin üzərində tikinti materialları göstərilsə də içərisində artilleriya və atıcı silahlar aşkarlanıb.

Nigeriya bunu da bildirir ki, İrandan göndərilən bu silahlar qarşıdan gələn seçkilərdə məğlub olacaq siyasətçilər tərəfindən zorakılıq üçün istifadə edilə bilərdi.

GünAzTv mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, İranın Xarici İşlər Nazirliyi bildirib ki, yüklə bir İran vətəndaşının əlaqəli olması anlaşılmazlığa gətirib çıxarıb.

Oktyabrın sonlarında İranın Nigeriyadakı səfiri bildirmişdi ki, yükü İranla bağlayan dəqiq sübutlar yoxdur.

İranın xarici işlər naziri bildirib ki, hazırda məsələ Nigeriya rəsmiləri ilə yoluna qoyulmaqdadır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar