İranda mediaya əzyiq- Daha bir dqəzet rəhbəri mühakimə olunub
"Əl-Əxbar": ABŞ nüvə obyektlərinə zərbələr endiriləcəyi ilə bağlı İrana son xəbərdarlıq edib
İranda mina partladı- Üç nəfər xəsarət aldı
İran aviasiyası iflic olub- Səbəb
WSJ: İranın hücumlarına baxmayaraq, Ərəb körfəzindən neft ixracı müharibədən əvvəlki səviyyəni ötüb
Rubio: Hörmüz boğazında gəmilərin hərəkəti və neft axını 80-100 faiz bərpa olunub
Dörd ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişi imzalanacaq
FT: ABŞ və İsrailin İrana yeni zərbələr endirməsi “real ehtimallardan biridir”
Həmədanda iş qəzaları- 327 nəfər...
İranda hicaba görə daha üç iaşə obyekti bağlandı
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Tramp və Netanyahu arasında telefon danışığı: İranla bağlı “yarımçıq işi başa çatdırmaq” çağırışı
Sa’ar Əraqçiyə: Etirazçıları edam edən hakimiyyət indi Parisə azadlıq dərsi verir
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Britaniya Səudiyyə Ərəbistanında “Typhoon” qırıcıları yerləşdirəcək
Türkiyə mediasında Traxtur klubunun irqçiliyə qarşı mövqeyi geniş əks-səda doğurub
İslam Respublikası yetmiş beş min etirazçını öldürüb- Tramp
Qərbi Azərbaycanda iş qəzaları- 600-dən çox işçi yaralanıb
Təbrizdə iki hüquqşünas həbs edilib
İranda casusluqda ittiham olunan daha bir nəfər edam ediləcək
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Abbas Əraqçi: Tehran və Moskva tarix boyu heç vaxt bu qədər yaxın olmayıb
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Tramp: ABŞ İranla hərbi qarşıdurmanı elə indi dayandıra bilər
Həmədandlı təqaüdçülər etiraz aksiyası keçirdilər
Pentaqon rəhbəri İsrailə gizli səfər edib
Şərqi Azərbaycanda yol qəzalarında 472 nəfər həlak olub
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
İsrail və ABŞ seçkiləri: Səsvermədən sonra İranla müharibə ehtimalı artacaqmı?
İran Futbol Liqası qadınların futbol oyunlarına kişilərin girişini qadağan edib
Lavrov: Rusiya və İran arasında strateji əməkdaşlıq davam etdiriləcək
Bombalı hücum xəbərdarlığı: İsraildən yola düşən sərnişin təyyarəsi Bolqarıstanda məcburi eniş edib
Dövlət əleyhinə açıq çağırışlar yayılması ilə bağlı daha 7 nəfər barəsində beynəlxalq axtarış elan edilib
Tehran Universitetində hicab işçi qrupu yaradıldı: Tələbələrin geyiminə qapalı qapılar arxasında nəzarət cəhdi
Üç həftə ərzində İranda yetmiş məhbus edam edilib
Netanyahu İrana hücumun pərdəarxasını açıqladı
GünAzTv: Biz Ermənistandan təklif olunmuş məsələlərə cavab gözləyirik. Əgər cavab müsbət olmasa, onda öz siyasətimizə əlbəttə ki, dəyişiklik edəcəyik.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 10-da Yevlaxda məcburi köçkünlər üçün inşa edilmiş yaşayış binaları kompleksinin açılış mərasimində çıxışı zamanı bildirib.
"Biz çalışırıq ki, məsələ tezliklə öz həllini tapsın. Uzun illərdir ki, soydaşlarımız qaçqın-köçkün şəraitində yaşayırlar. Beynəlxalq normaları pozan Ermənistan əfsuslar olsun ki, beynəlxalq hüquqa hörmət göstərmir, Birləşmiş Millətlər Təşkilatının qərarlarına məhəl qoymur. Digər beynəlxalq təşkilatların da hamısının qərarları bizim mövqeyimizi dəstəkləyir və erməni işğalçı qüvvələrinin torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmasını tələb edir. Ancaq Ermənistan tərəfi buna əməl etmir. Belə olan halda qarşımızda duran seçim o qədər də böyük deyildir. Ya siyasi və diplomatik səylərimizi davam etdirmək və iqtisadi üstünlüyümüzü hərbi üstünlüyə çevirərək torpaqlarımızı azad etmək, - bizim əsas vəzifəmiz ondan ibarətdir, - ya da ki, danışıqlar naminə sadəcə olaraq, danışıqlar aparmaq. Azərbaycan dövləti ona heç vaxt getməyəcəkdir" İlham Əliyev deyib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb. Dövlət başçısı bird daha deyib ki, Azərbaycan danışıqları ancaq məqsədə çatmaq üçün aparır. "Məqsədimiz də beynəlxalq hüququ, ərazi bütövlüyümüzü bərpa etməkdir. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü bərpa olunmalıdır. Budur bizim məqsədimiz. Biz bu məqsədə çatmaq üçün müxtəlif imkanlardan istifadə edirik və etməliyik. Bu, bizim suveren hüququmuzdur. Biz istəyirik ki, məsələni danışıq yolu ilə, sülh yolu ilə həll edək. Ancaq görünür ki, Ermənistan tərəfi sadəcə olaraq, vaxt uzatmaqla məşğuldur və buna görə danışıqlar prosesində yeni mərhələ başlanır. Biz Ermənistandan təklif olunmuş məsələlərə cavab gözləyirik. Əgər cavab müsbət olmasa, onda öz siyasətimizə əlbəttə ki, dəyişiklik edəcəyik. Bununla bərabər, bu da sirr deyil ki, biz ordu quruculuğunu uğurla inkişaf etdiririk. Bizim hərbi gücümüz artır, müdafiə qabiliyyətimiz möhkəmdir. Vətənpərvərlik ruhu, peşəkarlıq yüksək səviyyədədir. Mən şübhə etmirəm ki, Silahlı Qüvvələrimiz qarşıda duran vəzifəni ləyaqətlə və qısa müddət ərzində icra edə bilər. Mən şübhə etmirəm ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bunu həqiqət tələb edir, bunu tarix tələb edir və bu gün bölgədə yaranmış qüvvələr nisbəti buna dəlalət edir. Ermənistan heç vaxt Azərbaycan ilə rəqabət aparmaq gücündə olmayacaqdır. Bu gün də bu mümkün deyildir və illər keçdikcə aramızda olan uçurum daha da dərinləşəcəkdir. Bizim üçün bir dövlət kimi əsas vəzifə ancaq və ancaq öz ərazi bütövlüyümüzü bərpa etməkdir. Qarşımızda bundan vacib vəzifə yoxdur. Biz bütün səylərimizi bu vəzifəyə nail olmaq üçün səfərbər etmişik. Bu, bizim ümummilli işimizdir. Bütün Azərbaycan xalqı bu məqsədə çatmaq üçün səylərini birləşdiribdir və əlbəttə, getdikcə gücümüz daha da təsirli, atdığımız addımlar daha da ciddi olacaqdır. Ona görə, əgər ermənilər bir balaca qabağa baxsalar, görərlər ki, bu işğalçı siyasətin gələcəyi yoxdur. Sadəcə olaraq bu, zamanın hökmü və Azərbaycanın, ordumuzun artan gücü ilə həll olunacaqdır. Mən buna şübhə etmirəm və əminəm ki, biz doğma torpaqlarımızı qaytaracağıq. Bu gün qaçqın-köçkün həyatı yaşayan soydaşlarımız doğma torpaqlarına qayıdacaqlar. Hələlik isə əlimizdən gələni edirik ki, sizin həyatınızı bir az yüngülləşdirək. Belə gözəl, yaraşıqlı evlər tikilib. Mən ümid edirəm ki, siz burada rahat yaşayacaqsınız. Ancaq bilirəm ki, doğma torpağınızı heç vaxt unutmayacaqsınız və unutmursunuz, siz də, gənc nəsil də. Bu gün gənc nəsil böyüyür, onlar o torpaqları görməyiblər. Amma buna baxmayaraq, onlar o torpaqlara qayıtmaq arzusu ilə yaşayırlar. Heç vaxt Azərbaycan xalqı doğma torpaqlarını unutmayacaq, heç vaxt bu vəziyyətlə barışmayacaqdır. Bunu həm qarşı tərəf, həm də məsələ ilə məşğul olan vasitəçilər bilirlər" İlham Əliyev deyib. Prezident bildirib ki, bu, müvəqqəti yaşayış yeridir. "Torpaqlarımız işğalçılardan azad olunandan sonra biz həmin torpaqlarda bundan da gözəl evlər tikəcəyik. Bütün şəhərlərimizi bərpa edəcəyik, yeni kəndlər, qəsəbələr salınacaqdır. Çünki bildiyiniz kimi, erməni qəsbkarları işğal edilmiş torpaqlarda demək olar ki, bütün binaları dağıdıblar, bütün infrastruktur dağıdılıb. Bunu işğal edilmiş bölgələrə bu yaxınlarda bizim təşəbbüsümüzlə ezam olunan ATƏT-in qiymətləndirmə missiyası da öz gözü ilə görüb və biz hazırda onlardan ədalətli, reallığı əks etdirən hesabat gözləyirik. Yəni, orada ermənilər hər şeyi dağıdıblar, böyük qəddarlıq göstəriblər. Biz torpaqlarımızı qaytarandan sonra orada böyük işlər görəcəyik. Artıq ilkin hesablamalar da aparılmışdır. Biz bilirik hansı ardıcıllıqla nəyi edəcəyik. Əminəm ki, qısa müddət ərzində bundan da gözəl, yaraşıqlı binaları, evləri, məktəbləri, bütün infrastrukturu yaradacağıq" İlham Əliyev çıxışında qeyd edib. Dövlət başçısı sakinlərı bird aha salamlayaraq gözəl, yeni şəhərciyin açılışı münasibətilə ürəkdən təbrik edib. "Çox gözəl binalardır, yaraşıqlı mənzillərdir. İlk dəfə olaraq bölgələrdə məcburi köçkünlər üçün hündürmərtəbəli binalar tikilibdir. Bir deyil, iki deyil, beşmərtəbəli 10 bina tikilibdir. Burada 612 ailə yaşayacaqdır. Mən indi vəziyyətlə tanış oldum. Gördüm ki, çox gözəl, yaraşıqlı mənzillərdir. Bütün şərait yaradılıb, gözəl məktəb, tibb məntəqəsi, uşaq bağçası - yəni, burada yaşamaq üçün hər bir şərait, bütün imkanlar vardır. Bütün kommunikasiyalar - işıq, su, qaz xətləri çəkilib. Əminəm ki, siz burada rahat yaşayacaqsınız. Bilirsiniz ki, Azərbaycan dövləti bu məsələ ilə bağlı - məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması ilə əlaqədar görülən işlərin davam etdirilməsi üçün bütün addımları atır. Xüsusi proqramlar qəbul edilmişdir. Proqramlar icra edilir, bu məqsədlər üçün çoxlu vəsait sərf olunmuşdur. On minlərlə məcburi köçkün artıq yeni mənzillərə, evlərə köçürüldü. Bütün çadır şəhərcikləri ləğv edildi. Artıq üç ildir ki, Azərbaycanda "çadır şəhərciyi" anlayışı yoxdur. Biz bu vəzifəni qısa müddət ərzində icra etdik. İndi belə gözəl, yaraşıqlı evləri tikirik ki, soydaşlarımız müvəqqəti olaraq yaxşı şəraitdə yaşasınlar. Bütün bu işləri görmək üçün əlbəttə ki, maliyyə imkanları və düşünülmüş siyasət lazımdır. Maliyyə imkanlarımız vardır. Bütün bu evlər və ölkəmizin müxtəlif bölgələrində məcburi köçkünlər üçün tikilmiş qəsəbələr Dövlət Neft Fondunun vəsaiti hesabına yaradılır. Bu, əslində dövlət vəsaitidir. Ulu öndər Heydər Əliyevin neft strategiyasının icrası nəticəsində Neft Fondu yaradılıb və artıq orada böyük vəsait yığılıbdır. İlk ödənişlər məhz bu məqsədlərə sərf olunmuşdur. Bu gün də hər il kifayət qədər vəsait nəzərdə tutulur. Əgər maliyyə imkanlarımız olmasaydı, biz bu işləri görə bilməzdik. Təkcə maliyyə imkanlarının mövcudluğu hələ məsələnin lazımi səviyyədə həll olunması demək deyildir. Siyasi iradə və düşünülmüş siyasət lazımdır. Bax, bu gözəl şəhərcik görülmüş işlərin bariz nümunəsidir. Biz çalışırıq və çalışacağıq ki, sizi müvəqqəti olaraq yaxşı şəraitlə təmin edək. Dövlət Proqramının icrası nəticəsində gələcəkdə əlavə tədbirlər görüləcək, fin qəsəbələri ləğv ediləcək, məktəblərdə, hərbi hissələrin ərazilərində məskunlaşmış soydaşlarımız da yeni evlərə köçürüləcəklər. Biz bunu edəcəyik və siyasətimizi bunda görürük. Mən sizi bir daha ürəkdən salamlayıram, təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik arzulayıram. Arzu edirəm ki, sizin həyatınızda hər şey yaxşı olsun" İlham Əliyev çıxışında söyləyib.
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İsrail prezidenti Azərbaycana gəldi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
İran Britanıya səfirini XİN-ə çağırıb
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda daha bir molla öldürüldü
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
SEPAH müxalif dəstə üzvlərini həbs edib
İranda ayaqqabı təmirçilərinin sayı artıb
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko