SON XƏBƏRLƏR

Almaniyada Urmu Gölü ilə bağlı İmzatoplama Kampaniyası keçirilib

2021.10.20, 07:36
Almaniyada Urmu Gölü ilə bağlı İmzatoplama Kampaniyası keçirilib

Gunaz.tv

GünAzTv: Almaniyanın Heidelberg şəhərində “Urmu Gölünü Qurtaraq” adı altında Heidelberg Azərbaycan Cəmiyyəti fəalları və bir neçə xarici ekologiya tərədarları tərəfindən İmzatoplama Kampaniyası keçirilib.

 

Heidelberg şəhərinin mərkəzində (Bismarkt platz) keçirilən Kampaniyada Güney Azərbaycanın Coğrafiyası barədə mükəmməl məlumat əks etdirən və Urmu Gölünün quruması və ondan doğan faciələri göstərən plakatlar və yazılar sərgilənib. Kampaniya getdiyi sürəcdə tamaşaçılar üçün Alman və İngilis dillərində mövzu ilə bağlı açıqlamalar verilib.

 

Urmu Gölünün quruması və ümumiyyətlə Güney Azərbaycanın məruz qaldığı ayrı-seçkilik siyasətidə Kampaniya boyu tamaşaçılar üçün sərgilənib və bu barədə açıqlamalar verilib.

 

Məlumata görə, Kampaniya Almanlar və xarici turistlərin xüsusi diqqətini çəkib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar