SON XƏBƏRLƏR

Yunesko Beynəlxalq Fəlsəfə Konqresini Tehranda keçirməkdən imtina edib

2021.10.20, 07:36
Yunesko Beynəlxalq Fəlsəfə Konqresini Tehranda keçirməkdən imtina edib

Gunaz.tv

GünAzTv: YUNESKO İranda Beynəlxalq Fəlsəfə Konqresini keçirməkdən imtina etdiyini açıqlayıb.

İranın Ali Təhsil Nazirliyi iki həftə əvvəl bəyan etmişdi ki, humanitar elmlər, o cümlədən fəlsəfə islam təfəkkür və dünyagörüşünə zidd olduğu üçün bu fənlərin ölkənin ali təhsil ocaqlarında tədrisinə məhdudiyyətlər qoyulub.

GünAzTv mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə, YUNESKO-nun noyabrın 9-da yaydığı bəyanatda Beynəlxalq Fəlsəfə Konqresinin növbəti iclasının Tehranda keçirilməsindən imtina olunmasının səbəbi açıqlanmayıb. Amma bir sıra ekspertlər bu qərarı İran ali təhsil ocaqlarında humanitar elmlərin, o sıradan fəlsəfənin tədrisinə qoyulan məhdudiyyətlərlə əlaqələndirirlər.

Bir neçə gün qabaq bəzi iranlı ziyalılar, fəlsəfə müəllimləri və bu elmi öyrənən tələbələr birgə bəyanat yayaraq Beynəlxalq Fəlsəfə Konqresinə dəvət olunmuş qonaqları həmin tədbirə qatılmamağa çağırmışdılar.

Hazırda Kanadada fəlsəfədən dərs deyən İran əsilli filosof Ramin Cahanbəglu da Tehrandakı konqresi boykot etmək üçün dünyanın məşhur alimlərinin imzasını toplayıb.

YUNESKO Tehranda Beynəlxalq Fəlsəfə Konqresini noyabrın 21-də keçirməyi nəzərdə tuturdu.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar