SON XƏBƏRLƏR

“AUT Öyrənci”-nin istifadəsinə qadağa qoyuldu

2021.10.20, 07:36
“AUT Öyrənci”-nin istifadəsinə qadağa qoyuldu

Gunaz.tv

GünAzTv: İran rejimi Güney Azərbaycanın milli və demokratik hüquqlarının tapdalanması barədə məlumat yayan bütün Kütləvi İnformasiya Vasitələrini var gücü ilə təzyiq altında saxlayır.

 

Son günlərdə bu təzyiq yeni bir vüsət alıb.  Məlumata görə, Əmir Kəbir Biliyurdunun türk öyrəncilərinin Veblaqıda (AUT = Amirkabir University of Technology) İranın qəzəbinə tuş gəlib və onun istifadəsinə qadağa qoyulub (filtr edilib).

 

Adını çəkdiyimiz Veblaqın məsulları bəyanat yayaraq açıqlayıblar ki. İran rejimi tərəfindən edilən təzyiq onları öz yollarından döndərə bilməz və Veblaq yeni adresə keçərək öz fəaliyyətini dəvam etdirəvək.

 

Qeyd edək ki, adını çəkdiyimiz veblaq Əmir Kəbir Biliyurdunun bir sıra keçmiş və hazırkı fəal öyrənciləri tərəfindən yönətilir və heç bir qurum, örgüt vəya qrupa bağlılığı yoxdur.

 

Son vaxtlarda İran rejimi tərəfindən istifadəsinə qadağa qoyulan bir neçə Veblaqın adresini təqdim edirik:

www.oyrenci.blogfa.com

www.azoyrenci.blogfa.com

www.marandsesi.blogfa.com

www.zangansesi.blogfa.com

www.hamadansesi.blogfa.com

www.tabrizsesi.blogfa.com

http://www.turan.blogfa.com/

və …

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar