SON XƏBƏRLƏR

Tehran danışıqlar üçün şərt irəli sürüb

2021.10.20, 07:36
Tehran danışıqlar üçün şərt irəli sürüb

Gunaz.tv

GünAzTv: İran İslam Respublikasında ciddi islahatlar getməyənədək beynəlxalq ictimaiyyət onun «nazı» ilə oynayacaq.

ABŞ  (Amerika Birləşmiş Ştatları) dövlət departamentinin təmsilçisi Filip Krouli juranlistlərə açıqlamasında  bildirib ki, onlar İranla «altılıq» çərçivəsində yalnız onun atom-nüvə proqramını deyil, başqa məsələləri də müzakirə etməyə hazırdır.

«Bizim başlıca rahatsızlığımız ,əlbəttə,İranın nüvə sahəsində görəcəyi işlərlə ağlıdır. Ancaq biz «beş + bir» (ABŞ,Britaniya,Fransa,Rusiya, Çin + Almaniya)çərçivəsində onlarla başqa məsələləri müzakirə etməyə hazırıq».

F.Krouli bildirrib ki, İran Avropa Birliyiinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali təmsilçisi Ketrin Eştona nüvə proqrammı ilə bağlı danışıqlara başlamağa hazır olduğu haqda müraciət edib.

Amerikalı diplomatın sğzlərinə görə, Tehran «istiqamətləndirici bir neçə vaiant» təklif edib. Yaxın günlərdə isə ABŞ-ın dövlət katibi Hillari Klinton K.Eşton və beəlxalq vasitəçilərlə yaxın bir-iki günə məsələyə dair müzakirə aparcaq.

«Biz İranla danışıqların başlaması tarixi və yeri razılaşdırmağa çalışırıq. Bir neçə görüşün çeşidli yerlərdə keçirilməsini istəyirik»-deyə, F.Krouli söyləyib.

Tehran  hakimiyyəti «altılıq»la danışıqların bərpasını təsdiqləməklə yanaşı, bu ilin iyulunda irəli sürdüyü 4 şərti təkrarlayıb.

Qeyd edək ki, bir müddət öncə danışıqların Vyanada noyabrın 15-17-də başlayacağı xəbəri yayılmışdı.

İran təhlükəsizlik şurasının katibi Səid Cəlili Eştona ünvanladığı ötən günki məktubunda danışıqların başlama tarixi və yeri haqda dəqiq məlumat verib.Ancaq KİV-ə bu barədə məlumat əldə edə bilməyib.

Yada salaq ki, bir neçə gün öncə Tehran hakimiyyətinin danışıqları Türkiyədə keçirilmək istədiyi haqda  xəbərlər də yayılmışdı.

İSNA-nın məlumatına əsasən, S.Cəlili Eştona məktubunda İran hakimiyyətinin 4 şərti açıqlayıb.

Birincisi,danışıqlar Atom  Enerjisi üzrə Beynəlxalq  Agentliyin (AEBA) tələb və normalarına uyğun olaraq keçirilməlidir.

İkincisi, Qərb müəyyənləşdirməlidir, danışıqlarda «dsotluğa yaxud düşmənçiliyə» nail olmaq istəyir.

Üçüncüsü, dialoq uğursuzluğa uğradığı halda «altılıq» hay-küy qaldırmamalıdır.

Dördüncüsü, beynəlxalq vasitəçilər İsrailin nüvə ehtiyatını da dəyərləndirməlidr. Sədrəddin  Soltan

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar