SON XƏBƏRLƏR

İranda 7 nəfər din xadimi qaçırılıb

2021.10.20, 07:36
İranda 7 nəfər din xadimi qaçırılıb

Gunaz.tv

GünAzTv: Terror Təşkilatının üzvləri girovların müqabilində İran həbsxanalarında olan yoldaşlarının azadlığa buraxılmasını tələb edir.

 

GünAzTv mətbuat mərkəzinin “Yeni musavat”-a istinadən yaydığı məlumata görə, Terror təşkilatı PKK-nın İranda fəaliyyət göstərən briqadası PJAK Qərbi Azərbaycan vilayətinin Sərdəşt əyalətinin müxtəlif kəndlərindən fars əsilli 7 din xadimini qaçırıb.

 

Məlumata görə, Terrorçu qrup rəsmi Tehran tərəfindən terrorçuların edamına cavab olaraq bu addımı atıb. Təşkilat üzvləri girovların müqabilində İran həbsxanalarında olan terrorçuların azadlığa buraxılmasını tələb edir.

 

İran təhlükəsizlik qüvvələri isə din xadimlərinin saxlanıldığı düşərgələrə istiqamətlənmiş əməliyyatlara hazırlaşdıqlarını bildiriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar