SON XƏBƏRLƏR

Təbriz Universiteti Fəallarının Tikantəpə hadisələri barədə BƏYANATı

2021.10.20, 07:36
Təbriz Universiteti Fəallarının Tikantəpə hadisələri barədə BƏYANATı

Gunaz.tv

GünAzTv: Təbriz Universitetini Fəalları Güney Azərbaycanın Tikantəpə (Tikab) şəhərində baş verən antitürk hərəkətlərlə bağlı bəyanat yayıb.

 

Bəyanatın bir hissəsində deyilir:

 

“Artıq İrəvanın Azərbaycandan ayrılması, Qarabağda baş verən dəhşətli cinayətlər, soydaşlarımızın Arazın o biri tərəfində qətliamı və stratejik bölgəmiz Qarabağın erməni işğalçıları tərəfindən işğal edilməsindən illər keçir. Əlbəttəki bütün bunlar öz hədsiz xoşgörü və tolerantlığımızdan irəli gəlib. Deyəsən bu hadisələr yavaş-yavaş bir daha baş qaldırır. Ancaq bu dəfə Batı Azərbaycanda və radikal kürd qrupları tərəfindən və əlbəttə ki İran hakimiyyətinin dəstəyi ilə...

 

Eyni ssenaridir. Ancaq bu dəfə fail və coğrafi məkan dəyişib.

 

Biz Təbriz Universitetinin Azərbaycan Milli Hərəkat Fəalları Tikantəpə şəhəri Muxtarlarının (şuraye islami) Tikantəpəni kürd bölgəsi kimi təqdim edib və sırımaq istədiklərini məhkum edib və onlardan tələb edirik ki, Tikantəpə və onun əhalisi barədə həqiqi məlumatı saytlarına qoyaraq saxta məlumatı öz saytlarından götürsünlər.

 

Həmçinin biz bu vasitə ilə vətənimizin bu hissəsinin qoruması uğrunda fəaliyyət göstərən bütün Hərəkat Fəallarının cəhdlərini yüksək qiymətləndirib və öz dəstəyimizi elan edirik.”

 

Qeyd edək ki, Tikantəpə şəhərinin Muxtarları (Şuraye İslami) öz saytlarında ( http://www.tekabshora.com) məlumat yerləşdirərək Tikantəpəni kürdüstana aid olduğunu  və Tikantəpə sakinlərini həm hazırda, həmdə tarixdə kürd olduqlarını irəli sürmüşdü.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar