SON XƏBƏRLƏR

Bu gün ULU ÖNDƏR ATATÜRKün vəfat günüdür

2021.10.20, 07:36
Bu gün ULU ÖNDƏR ATATÜRKün vəfat günüdür

Gunaz.tv

GünAzTv: Bu gün Türkiyә Cümhuriyyәtinin qurucusu Mustafa Kamal Atatürkün әbәdiyyәtә qovuşmasının 72-ci ildönümüdür.

Böyük dövlәt adamının vәfatının ildönümü münasibәtilә ölkә sәviyyәsindә , xarici nümayәndәliklәrdә vә Quzey Kıbrıs Türk Cümhuriyyәtindә rәsmi tәdbirlәr keçirilir.

Atatürkün Ankaradakı mavzoleyindә dövlәt rәsmilәrinin qatıldığı mәrasim keçirilib.

Atatürkün hәyata gözlәrini yumduğu saatda - yәni 9:05-dә ölkәdә siqnallar çalınıb, hörmәt әlamәti olaraq 1 dәqiqәlik süqutla yad edilib. Dövlət rəsmiləri eyni dəqiqələrdə Atatürkün mənəvi hüzurunda sayğı duruşunda durub. Prezident Abdulla Gül Anıtqəbirin xüsusi dəftərinə "Böyük Atatürk, əbədiyyətə qovuşmanızın 72-ci ilində sizi sayğı ilə yad edirik. Türkiyə göstərdiyiniz hədəflər istiqamətində qərarlılıqla irəliləməyə davam edir. Türk milləti olaraq sizə minnətdarlığımızı ifadə edirik" sözlərini yazıb.

Türkiyədə bütün dövlәt orqanlarında bayraqlar yarıya qәdәr endirilib və 2 dəqiqəlik sayğı duruşu olub.

Atatürkün vәfat etdiyi "Dolmabaxça" sarayı da Atatürkü sevәnlәrin ziyarәt yerinә çevrilib.

Bu dəqiqələrdə isə Atatürk Mədəniyyət, Dil və Tarix Şurasında da anım mərasimi başlayır. Mərasimdə prezident Abdulla Gül vә baş nazir Әrdoğanın da iştirakı planlaşdırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar