SON XƏBƏRLƏR

Avropa Şurası Nazirlər Komitəsinə sədrlik Türkiyəyə keçir

2021.10.20, 07:36
Avropa Şurası Nazirlər Komitəsinə sədrlik Türkiyəyə keçir

Gunaz.tv

GünAzTv: Noyabrın 10-da Strasburqda bu vəzifə altı aylıq müddətə Türkiyəyə keçəcək. Xarici işlər naziri Əhməd Davudoğlu AŞ Nazirlər Komitəsi sədrliyini Makedoniyadan təhvil alacaq. Davudoğlu təhvil-təslim tədbirində Türkiyənin altı aylıq müddət ərzində görəcəyi işlər haqda məlumat verəcək. Diplomatik mənbələrin məlumatına görə, Türkiyənin sədrlik müddətində Avropa Şurasının və Avropa İnsan Haqları Məhkəməsinin islahat prosesi sürətlənəcək. İşgəncə və pis rəftarla mübarizəni sürətləndirməyi qarşısına məqsəd qoyan Türkiyə son dövrlərdə çoxalan irqçilik və əcnəbi düşmənçiliyi ilə mübarizə komitələrinin gücləndirilməsi üçün səy göstərəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar