SON XƏBƏRLƏR

Tehran Maradonadan yararlanmaq istəyir

2021.10.20, 07:36
Tehran Maradonadan yararlanmaq istəyir

Gunaz.tv

GünAzTv: Dünya futbolunun sağikən «əfsanəvi» adı alımış oyunçularından biri argentinalı Dieqo Armando Maradonadır.

Futbol üzrə Argenina seçmə komandasının keçmiş baş məşqçisi İran yığmasına başçılıq edə bilər.

GünAzTV-nin «Khabar Varzeshi»-ə istinadən məlumatına görə, noyabrın 8-də İran Futbol Federasiyasının prezidenti Əli Qəffaşian Mardonanın agenti ilə məsələyə dair danışıqlar aparacaq. Onun agentinin bu gün İrana gələcəyi gözlənilir.

Məlum olduğu kimi argentinalı futbol əfsanəsi hələ 2010-cu ilin futbol üzrə dünya yarışmasından öncə İslam Respublikasına səfər etməyi planlaşdırırdı. Yarışma başa çatdıqdan sonra Maradona öz futbol geyimini İran prezidenti Mahmud Əhmədinejada yollamışdı. Ancaq məlum olmayan səbəblər ucundan bu baş tutmadı.

Qeyd edək ki, Argentian komandasının keçmiş məşqçisinin Kubanın lideri Fidel Kastro Rus, Venesuela prezidenti Uqo Çaveslə münasibətləri yaxşıdır. Onun Əhmədinejada belə münasibətinin yaranmasında latın amerikalı bu siyasilərri rolu az olmayıb.

Onu da nəzərə almaq lazımdır ki, diktatorlar bu sayaq «ulduzlarla» görüşə özləri də can atır. Çünki belələrindən özlərini təbilğ etmək  və ya  onları məşhur edən sahənin tərəfkeşlərinin rəğbətinin bu yolla qazanmağa səy göstərirlər. Sədrəddin Soltan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar