SON XƏBƏRLƏR

“Araz news”un istifadəsinə qadağa qoyuldu

2021.10.20, 07:36
“Araz news”un istifadəsinə qadağa qoyuldu

Gunaz.tv

GünAzTv: Güney Azərbaycanın daha bir milli saytı İran rejiminin qadağasına tuş gəldi.

 

Bu dəfədə İran və Güney Azərbaycanda “Araz news” saytının istifadəsinə qadağa qoyulub (Filtr edilib).

 

Güney Azərbaycanla bağlı baş verən hadisələr, proseslər və siyasi məhbusların xəbərlərini çatdırmaq məqsədi ilə fəaliyyət göstərən sayt, noyabr ayının 7-dən (Abanın 16-ı) bəri istifadəsinə qadağa qoyulmuş saytların sıralarına qatılıb.

 

Qeyd edək ki, bundan öncədə Güney Azərbaycanın milli hüquqları zəminində fəaliyyət göstərən bir çox sayt eyni talehə məhkum olub və onların istifadəsi və mümkün olan təqdirdə fəaliyyətlərinə son qoyulub.

 

İranda Güney Azərbaycanla bağlı fəal olan jurnalistlər və insan haqları fəalları daim İran rejimi tərəfindən təqib edilir və ən ağır təzyiqlərə məruz qalırlar.

 

“Araz news”un internet adresi:

http://www.araznews.net/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar