SON XƏBƏRLƏR

Bu gün Azərbaycanda parlament seçkiləridir

2021.10.20, 07:36
Bu gün Azərbaycanda parlament seçkiləridir

Gunaz.tv

GünAzTv: Noyabrın 7-də Azərbaycanda parlament seçkisi keçirilir. Bu, 1991-ci ildə müstəqillik qazanmış Azərbaycan Respublikasında 4-cü parlament seçkisidir. Əvvəlki üç seçki 1995, 2000 və 2005-ci illərdə olub.

GünAzTv mətbuat mərkəzinin "Media forum"-a istinadən yaydığı məlumata görə, Səhər saat 8-də 125 seçki dairəsində səsvermə başlayıb. Rəsmi məlumata görə, Azərbaycanda 4 milyon 950 min nəfərə yaxın seçici var. Onlar 5314 seçki məntəqəsində səs verəcək. Bülletenlərə 690 namizədin adı daxil edilib. Hakim Yeni Azərbaycan Partiyasının 100-dən çox, müxalifət partiyalarının isə 150-yə yaxın namizədi var. Namizədlərin 97-si 3-cü çağırış Milli Məclisinin üzvləridir.

Parlament seçkisinin gedişini 1000 nəfərdən çox beynəlxalq müşahidəçi izləyir.

Səsvermə saat 19-da başa çatacaq. Seçki Məcəlləsinə görə, seçkidə iştirak edən seçicilərin ən çox səsini toplamış namizəd dairədən deputat seçilmiş sayılır. Səsvermə günündən ən geci 2 gün keçənədək dairə seçki komissiyası seçkinin yekunlarını müəyyən etməlidir.

Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinə də seçki keçirilir. 45 deputat yeri uğrunda 140 namizəd mübarizə aparır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar