SON XƏBƏRLƏR

"Məqsəd Əhməd Obalını öldürmək olub" - Sadiq İsabəyli

2023.05.22, 11:23
"Məqsəd Əhməd Obalını öldürmək olub" - Sadiq İsabəyli

Gunaz.tv

“Əhməd Obalı və oğlu Dənizə qarşı terror hücumu onun Azərbaycandan Amerikaya qayıtmasından sonra baş verib. 

İlkin məlumata görə, onlara 6 nəfər hücum edib. Amerika polisi həmin şəxsləri tutub. Hücumda məqsəd Əhməd Obalını öldürmək olub. Əhməd bəyin sağ qolu və barmaqları qırılıb. Boynunu qırmağa çalışıblar. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirirlər”.

Sadiq İsabəyli: Bəziləri Təbrizdə səsləndirilən tələblərin Tehranın  tələbləri ilə eyni olduğunu göstərməyə çalışır

Sadiq İsabəyli hücumun arxasında İran və erməni terror dəstələrinin olduğunu düşünür:

“Bu hadisənin terror aktı olduğunu deyə bilərik. Əhməd bəyə hücumun arxasında terror dövləti dayanır.

İlkin versiya kimi, İranla erməni terror dəstələrinin işbirliyini qeyd edə bilərik. 

Ümid edirik ki, qısa zamanda cinayətin sifarişçiləri üzə çıxacaq. Əlbəttə, belə hadisə Əhməd bəy və onunla eyni düşüncədə olan insanların susdurulmasına hesablanıb. Lakin niyyətlərinə çata bilməyəcəklər".

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar