SON XƏBƏRLƏR

Əhməd Obalı və oğlu Dəniz əməliyyat olunub

2023.05.23, 10:15
Əhməd Obalı və oğlu Dəniz əməliyyat olunub

Gunaz.tv

Onun sözlərinə görə, güneyli Əhməd bəyin oğlu Dənizin vəziyyəti daha ağırdır:

“Hər ikisinin boyun nahiyəsində baş tutan əməliyyat yaxşı keçib, ancaq nəticəni zaman göstərəcək.

Həm Əhməd Obalı, həm də oğlu Dəniz əl və ayaqlarını hiss etmir. Əhməd Obalının ciyərlərindən aldığı ağır zərbələrə görə həkimlər onun danışmasına hələ ki, icazə vermirlər. Həkimlər heç kimi Əhməd Obalı və oğlunun olduğu otağa buraxmırlar”.

Araz Obalı onu da deyib ki, planlı hazırlanan cinayətdə məqsəd Ə. Obalı və Dənizin boynunu sındıraraq öldürmək imiş. O ümid etdiyini deyib ki, hadisə obyektiv araşdırılacaq və günahkarlar cəzalandırılacaq:

"Ümid edirik ki, Amerika polisi baş verənlərə hüquqi müstəvidə cavab verəcək”.

Qeyd edək ki, Güney Azərbaycan Televiziyasının (Günaz.TV) qurucusu və rəhbəri, ABŞ-da mühacir həyatı yaşayan, güneyli milli fəal Əhməd Obalı may ayının 21-də səhər saatlarında Kaliforniya ştatında kimliyi naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülüb.

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar