SON XƏBƏRLƏR

Ben Uolles NATO-nun yeni baş katibi ola bilər

2023.06.09, 06:28
Ben Uolles NATO-nun yeni baş katibi ola bilər

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles NATO-nun yeni baş katibi ola bilər.

Gunaz.tv

Bunu ABŞ prezidenti Co Bayden Ağ Evdə krallığın baş naziri Rişi Sunakla birgə mətbuat konfransında çıxışı zamanı deyib.

NATO-nun hazırkı baş katibi Yens Stoltenberq 2023-cü il sentyabrın 30-dək vəzifəsində qalacaq.

"Ola bilər. Görərik. Nə baş verdiyini görmək üçün NATO-da konsensusa nail olmalıyıq”, - azvision.az xəbər verir ki, Bayden Uollesin blokun baş katibi vəzifəsinə təyin edilməsi perspektivi ilə bağlı sualı cavablandırarkən deyib.

ABŞ prezidenti həmçinin vurğulayıb ki, NATO-nun yeni baş katibinin namizədliyinin təsdiqi hələ başa çatmayıb və müzakirələr davam edir.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar