SON XƏBƏRLƏR

İran Türkiyəyə qarşı yeni televiziya kanalı yaradır

2023.06.09, 10:29
İran Türkiyəyə qarşı yeni televiziya kanalı yaradır

İran hökuməti Qərbi Azərbaycan əyalətində Türkiyəyə qarşı siyasi-ideoloji təbliğat mərkəzi və televizya kanalı qurmaq niyyətindədir.

Gunaz.tv

Bu barədə Qərbi Azərbaycan əyalətinin kürd əsilli valisi Məhəmməd sadiq Mötəmediyan tələb və təklif irəli sürüb

"Ölkəyə qarşı xaricdən 24 saatlıq separatçı fikirləri təbliğ edən yüzlərlə media orqanı və televiziya kanallarının fəaliyət göstərdiyi bir vaxtda, Qərbi Azərbaycanda xaricə yayım üçün İstanbul türkcəsində televizya kanalının açılması vacibdir",- vali bildirib.

Qeyd edək ki, İran hökumətinin müxtəlif dillərdə, o cümlədən Türkiyə türkcəsində siyasi-ideoloji təbliğatını aparan və "islam inqilabının ixracı" nəzəriyyəsini təbliğ edən media orqanları və televizya kanalları fəaliyyət göstərir.

Məhəmməd Sadiq Mötəmediyanın yeni təklif və tələbinin son vaxtlar Türkiyə mediasında İranda qeyri-fars xalqlara, xüsusən azərbaycanlılara qarşı ayrı-seçkililər barədə məlumatlar yaymasının səbəb olduğu ehtimal edilir.

Tehran hökumətinin Türkiyəyə qarşı yeni təbliğat mərkəzinin yaradılması istiqamətində işlər gördüyü və bunu Qərbi Azərbaycan əyalətinin kürd əsilli valisinin dili ilə səsləndirdiyi bildirilir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar