SON XƏBƏRLƏR

"Amerika ilə İran arasında hər hansı razılaşma yoxdur"-Con Kirbi

2023.06.09, 12:00
"Amerika ilə İran arasında hər hansı razılaşma yoxdur"-Con Kirbi

Vaşinqton Amerikanın Tehranla İranın nüvə proqramı barədə hər hansı ikitərəfli müvəqqəti razılaşmanın olduğunu rədd edib.

Gunaz.tv

Lakin “Middle East Eye” xəbər portalı adını açıqlamadığı 2 qaynağa istinadən bu iki ölkənin İranın nüvə işi barədə razılığa gəldirklərini iddia edib.

Amerikanın Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi Amerika vaxtı ilə axşam iyunun 8-i sanksiyaların azaldılması qarşısında İranla nüvə işi barədə müvəqqəti razılaşmanın olduğunu rədd edib. 

“Bu barədə xəbərlər düzgün deyil və çaşdırıcıdır”-deyə, Kirbi vurğulayıb.

İranın BMT-də nümayəndə heyəti də Amerika ilə hər hansı müvəqqəti razılaşmanın olduğunu rədd edərək “bizim də bu barədə fikrimiz Ağ Evlə eynidir.”-deyə bildirib.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar