SON XƏBƏRLƏR

Çin Kubadan ABŞ-a nəzarət edəcək

2023.06.09, 12:31
Çin Kubadan ABŞ-a nəzarət edəcək

Çin ABŞ-ı izləmək üçün Kubada gizli stansiya yaradacaq.

Gunaz.tv

Modern.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Məlumata görə, Pekin məxfi obyektinin adada yerləşməsi üçün bir neçə milyard dollar ödəyəcək.

Nəşrin həmsöhbətləri bildiriblər ki, stansiya radar kəşfiyyatı, xüsusilə müxtəlif rabitə vasitələri, o cümlədən peyk vasitəsilə həyata keçiriləcək mesajları və zəngləri əldə edəcək.

Qeyd olunub ki, Çin strukturu Amerikanın Florida ştatından 160 kilometr aralıda yerləşəcək və oradan ABŞ hərbi bazalarına, eləcə də gəmilərin hərəkətinə nəzarət edə biləcək.

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar