SON XƏBƏRLƏR

Türkiyə Mərkəzi Bankına amerikalı iqtisadçı rəhbərlik edəcək

2023.06.09, 13:37
Türkiyə Mərkəzi Bankına amerikalı iqtisadçı rəhbərlik edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə tarixində ilk dəfə olaraq amerikalı qadın iqtisadçını Mərkəzi Bankın sədri təyin edib.

Gunaz.tv

Həfizə Qayə Erkan Türkiyə Mərkəzi Bankının sədri olacaq. 

Sabiq sədr Şahab Qavçıoğlu isə Bank Nəzarəti Təşkilatının sədri postuna təyinat alıb.

Erkan bu vəzifədən öncə “First Republic” bankının icra işləri müdiri və “Goldman Sachs” Bankının baş direktoru vəzifəsində çalışıb. 

Qeyd edək ki, “Goldman Sachs” Bankı 1.8 trilyon dollar ehtiyatla dünyanın ən iri investisiya bankı sayılır.

Erkan Amerikanın özəl universitetlərinin ən nüfuzlu qrupu olan “Ivy League” kompleksində təhsil alıb və Prinston Universitetində doktorantura pilləsini bitirib. 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar