SON XƏBƏRLƏR

Türkiyə Kosovadakı NATO ordusuna rəhbərlik edəcək

2023.06.09, 15:06
Türkiyə Kosovadakı NATO ordusuna rəhbərlik edəcək

Türkiyə Kosova və Metohiyadakı NATO kontingentinə komandanlığı üzərinə götürəcək.

Gunaz.tv

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi Türkiyə rəsmilərinə istinadla məlumat yayıb.

“Bölgədə son on ilin ən şiddətli toqquşmalarından sonra Alyansda ABŞ-dan sonra ikinci ən böyük orduya sahib olan Türkiyənin oktyabrda NATO-nun Balkanlarda əvvəllər İtaliyanın rəhbərlik etdiyi missiyasını öz üzərinə götürməsi gözlənilir”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Kosovada yaşanan hadisələrə görə NATO-nun tələbi əsasında Türkiyə ordusunun 65-ci mexanikləşdirilmiş piyada briqada komandanlığına tabe 1 komando tağımının bölgəyə göndərilməsinə qərar verilib.

Ayxan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar