SON XƏBƏRLƏR

İran Rusiyaya "Şahed" istehsalı zavodunun tikintisinə kömək edir

2023.06.10, 07:03
İran Rusiyaya "Şahed" istehsalı zavodunun tikintisinə kömək edir

İran Rusiyaya "Şahed" pilotsuz uçan aparatların istehsalı üçün zavodun tikintisinə görə lazımi materialları verir.

Gunaz.tv

Bunu ABŞ-ın Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

"Son həftələrdə Rusiya Kiyevə zərbələr endirmək üçün İranın PUA-larından istifadə edib.

Rusiya ilə İran arasında hərbi tərəfdaşlıq dərinləşir. Biz, həmçinin narahatıq ki, Rusiya İranla birlikdə PUA istehsal edir", - Kirbi bildirib.

Onun sözlərinə görə, ABŞ İrandan Rusiyaya PUA istehsalı zavodunun tikintisi üçün avadanlıqların tədarükü barədə məlumatlara malikdir.

Ayxan
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar