SON XƏBƏRLƏR

Britaniya universitetləri PUA istehsalında İranla əməkdaşlıq edib-İDDİA

2023.06.10, 12:40
Britaniya universitetləri PUA istehsalında İranla əməkdaşlıq edib-İDDİA

“The Jewish Chronicle” qəzeti Britaniya universitetlərinin dron və hərbi qırıcı mühərriki istehsalında İranla əməkdaşlıq etdiyini yazıb.

Gunaz.tv

Məsələyə münasibət bildirən Britaniya parlamentinin bir sıra deputatları bununla bağlı dərin təəssüfləndiklərini bildiriblər.

“Britaniya ölkənin milli təhlükəsizliyini təhdid edən əməkdaşlıqlara dözə bilməz”-deyə, Britaniya dövlətinin rəsmisi bildirib. 

Qeyd olunur ki, Britaniyanın azı 11 universiteti, o cümlədən Kembric və Londonun Kollec İmperial universitetlərinin həmin əməkdaşlıqda rolları olub.  

Britaniya qanunlarına əsasən bu ölkədən İrana hərbi sursatın və texnologiyanın ixracı qadağandır. 

İfşaya əsasən Britaniya tədqiqatçıları dronların təkmilləşdirilməsində İranla əməkdaşlıq ediblər.

Layihəni İran maliyyələşdirib.

Britaniyanın başqa bir universiteti də qırıcı mühərriki üçün nəzərdə tutulmuş yeni mürəkkəb sistemini sınaqdan keçirmək üçün İranda yaşayan tədqiqatçılarla əməkdaşlıq edib. 

Məqsəd isə mühərrikin manevr qabiliyyətinin artırılması və hərbi funksiyalara reaksiya müddətini azaltmaq olub.

Britaniyalı tədqiqatçılar da pilotsuz nəqliyyat vasitələrindən istifadə üzrə İranla əməkdaşlıq ediblər.

Qeyd edək ki, İran Avropa universitetlərində "elmi araşdırma" adı təmsilçilik açaraq casusluq fəaliyyəti həyata keçirməyi planlaşdırır.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar