SON XƏBƏRLƏR

“Hədəfimiz Ərəbistanla barış və İrana qarşı mübarizədir”-Netanyahu

2023.06.10, 14:25
“Hədəfimiz Ərəbistanla barış və İrana qarşı mübarizədir”-Netanyahu

“İqtidara gəldiyim vaxtdan özümə iki məqsəd təyin etmişəm- Səudiyyə Ərəbistanı ilə sülhə nail olmaq və İranın ünvə silahına çatmağının qarşısını almaq”- Bunu İsrailin baş naziri Benyanim Netanyahu deyib.

Gunaz.tv

O , bu sözləri iyunun 9-u "Sky Nyus" şəbəkəsinə müsahibəsində bildirib. 

"Biz əvvəllər BƏƏ, Bəhreyn, Mərakeş və Sudanla İbrahim Razılaşması adlanan 4 sülh müqaviləsi bağladıq və bununla tarixi bir dönüş nöqtəsinə çatdıq"-deyə, baş nazir bildirib.

Onun sözlərinə görə, Səudidyyə krallığı  ilə barışıq irəliyə əla bir addım olacaq.

"Bu ölkə yalnız ərəb dünyasına deyil islam dünyasına ən təsirli ölkədir. 

Biz bölgədə, həmçinin iki ölkə arasında sülh və öz xalqlarımızın rifahı naminə böyük fürsətlərimiz var. Düşünürəm ki, bu gerçəkləşərsə tarixi dəyişdirəcək”-baş nazir belə deyib.

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar