SON XƏBƏRLƏR

"ABŞ seçkiləri Ukrayna savaşının nəticəsini müəyyən edəcək"-Sabiq prezident

2023.06.10, 14:38
"ABŞ seçkiləri Ukrayna savaşının nəticəsini müəyyən edəcək"-Sabiq prezident

"Ukraynadakı hərbi əməliyyatların nəticəsi gələn il ABŞ-da keçiriləcək prezident seçkilərinin nəticəsindən asılı olacaq". AzVision.az xəbər verir ki, bunu keçmiş Fransa prezidenti Fransua Olland "Financial Times"a verdiyi müsahibəsində deyib.

Gunaz.tv

“Əgər Donald Tramp prezident seçilərsə, o deyəcək ki, "biz burada dayanırıq. Ruslar sahib olduqları hər şeyi özlərində saxlaya bilərlər”, - deyən Olland münaqişənin “çox baha başa gəldiyini”-o, əlavə edib.

Azvision.az-ın məlumatına görə, Fransanın eks-prezidenti bildirib ki, Avropa təhlükəsizliyini təmin etmək üçün özünə güvənməli olduğu günə hazırlaşmalıdır, eyni zamanda NATO ilə əlaqələndirilməlidi: "Bu, o demək deyil ki, Avropa ölkələri ABŞ-ın hədəflərini bölüşmürlər.

Avropalı müttəfiqlərimizə ABŞ ilə eyni maraqlarımızın olmadığını desək, ən azı sülh baxımından müttəfiqlərimiz bizi izləyə bilməyəcək”.

Qeyd edək ki, Pentaqonun hesablamalarına görə, ötən ilin fevralından ABŞ Ukraynaya 39,7 milyard dollardan çox hərbi yardım göstərib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar