SON XƏBƏRLƏR

Türkiyədə “ hərbi çevriliş ” mövzusu mətbuat gündəmindədir

2021.10.20, 07:36
Türkiyədə “ hərbi çevriliş ” mövzusu mətbuat gündəmindədir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, Hakimiyyətə yaxın kütləvi informasiya vasitələri iddiaları təsdiq edilmiş fakt kimi ictimaiyyətə təqdim etməyə çalışarkən, qarşı tərəf də bu cür ittihamların heç bir əsası olmadığını bildirir. İctimaiyyət isə istintaq orqanlarının məsələyə aydınlıq gətirməsini gözləyir. Türkiyədə silahlı qüvvələrə qarşı kəskin tənqidi yazıları ilə tanınan “Tərəf” qəzetinin ötən günlərdə növbəti çevriliş cəhdi ilə bağlı ortaya atdığı iddialar ictimaiyyətin diqqət mərkəzində qalmağa davam edir. Çərşənbə günü həmin qəzetdə dərc edilən məqalədə 2003-cü ildə hərbi çevrilişə zəmin yaratmaq üçün İstanbulda iki məsciddə partlayış törədilməsi və Yunanıstanla münasibətləri gərginləşdirmək məqsədi ilə Türkiyəyə məxsus təyyarənin vurulmasını da nəzərdə tutan plan haqqında yazılmışdı. Qəzet həmin planın arxarınsa 2003-cü ildə silahlıq qüvvələr Baş qərargahında Hərəkat İdarəsinin başçısı vəzifəsini tutan general Çətin Doğanın olduğunu yazmışdı. Daha əvvəl də dəfələrlə müxtəlif hərbi çevriliş planları haqqında materiallar dərc edən qəzet bu dəfə bir qrup tanınmış siyasətçi və ictimai xadimin adının daxil edildiyi siyahını dərc edib. Qəzetin iddiasına əsasən, hərbi çevriliş baş tutsaydı həmin şəxslər qurulacaq yeni hökümətdə Baş nazir və nazir postlarını tutacaqlardı. Ölkənin tanınmış jurnalistləri ilə bağlı da 2 siyahı var. Qəzetin iddiasına görə, onlar çevrilişə dəstək verəcək jurnalistlər və qarşı çıxacağı üçün həbs ediləcək mətbuat işçiləri olaraq olaraq iki siyahıya bölünüblər. Hakimiyyətə yaxın kütləvi informasiya vasitələri qeyd edirlər ki, ilk gün ittihamları qətiyyətlə rədd edən ordu nümayəndələrinin öz bəyanatlarında əvvəlki qətiyyətlərindən bir qədər geri addım atdıqları müşahidə edilir. Artıq hərbiyyə bildirir ki, çevrilişlə bağlı plan varsa da, bu silahlı qüvvələrə şamil edilə bilməz. Hərbi çevrilişlə bağlı ittihamları qeyri-ciddi hesab edənlər isə artıq bu cür iddiaların inandırıcılığını itirərək, şou xarakteri almağa başladığı qənaətindədirlər. Müstəqil analitiklərin bir hissəsi isə yaranmış informasiya kirliliyi fonunda məsələylə bağlı birmənalı fikir söyləməkdə çətinlik çəkdiklərini qeyd edirlər. Onların fikrincə, prokurorluğun başlatdığı ilkin araşdırmalar nəticə verərsə, məsələ ilə bağlı prokurorluq tərəfindən genişmiqyaslı araşdırma aparılaq, qaranlıq məqamlara aydıqlıq gətirilə bilər.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar