SON XƏBƏRLƏR

Tehran Körfəz ölkələrinin tələbinə məhəl qoymur

2023.06.12, 15:00
Tehran Körfəz ölkələrinin tələbinə məhəl qoymur

İran XİN Körfəz Ölkələri Şurasının 11 iyun tarixli toplantısına bəyanatına münasibət bildirib.

Gunaz.tv

“Abu Musa, Böyük Tünb və Kiçik Tünb adaları İranın ayrılmaz hissəsi və əbədi torpaqlarıdır.

Ümid edirik ki, bölgə ölkələri keçmiş ənənəvi ədbiyyatdan əl çəkib bölgədə əməkdaşlıq üçün yeni təməllərə əsaslanacaq”-Bunu XİN-in sözçüsü Nasir Kənani bəyan edib.

Qeyd edək ki, Abu Musa, Böyük Tünb və Kiçik Tünb adaları tarixə, beynəlxalq nizamnamələrə və qanunlara əsasən BƏƏ-nin torplaqları hesab olunur. Lakin İran bu adalara iddia edir.  

Kənaninin Körfəz Ölkələri Şurasına “keçmiş ənənəvi ədəbiyyatdan əl çəkin” tövsiyəsi əslində Tehranın Şuraya "adalar barədə tələbdən geri çəkilin" tələbidir.   

Xatırladaq ki, Ərəb Birliyinə üzv ölkələri başçılarının 19 may tarixində keçirilmiş iclasında məsələ ilə bağlı bayanat qəbul edilib.

Sənəddə Birləşmiş Ərəb Əmirliklərinin Kiçik Tünb, Böyük Tünb və Əbu Musa adalarına tarixi hakimiyyətinin dəstəklənəcəyi bildirilib.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar