SON XƏBƏRLƏR

"İranda qeyri-demokratik vəziyyət hakimdir"- Sabiq ETTELAAT rəsmisi

2023.06.24, 14:06
"İranda qeyri-demokratik vəziyyət hakimdir"- Sabiq ETTELAAT rəsmisi

İranın keçmiş ETTELAAT rəsmisi, hazırda islahatçı siyasi fəal Səid Həccarian İranda mövcud ictimai-siyasi durumu dəyərləndirib.

Gunaz.tv

 "Bir zamanlar ölkədə demokratiyaya oxşar vəziyyət var idi. İndi isə qeyri-demokratik vəziyyət hakimdir"- Səid Həccarian belə deyib.

Səid Həccarian bildirib ki, hakimiyyətdə bu düşüncənin qalması ölkəyə  ziyandır. “Mən hakimiyyətin istefa verməsini təklif edirəm. Bu nə qədər tez olsa, o qədər yaxşı olar. 

"Ölkə böyük böhranlara tuş gəlib. Təqaüdçülər narazıdır, su böhranı dərinləşir. Ölkədən böyük miqdarda sərmayə axını var. Qadınlara ayrı-seçkilik edilir.

Hakimiyyət bunlarla uğraşır, lakin bu amillərin hər biri ölkə siyasətini alt-üst edə bilər.

Ona görə də hakimiyyət vahiməyə düşərək keyfiyyətsiz və heç bir dayağı olmayan sənədlər, lahiyə və planlar nəşr etdirir.

Bir zamanlar ölkədə “Quasi-democracy” var idi, indi isə “Pseudo-democracy” ilə qarşılaşmışıq"-deyə, o, əlavə edib.

Keçmiş ETTELAAT rəsmisinin sözlərinə görə, hakimiyyət indiki durumdan çıxış yolu axtarır: "İranın hazırkı siyasətinə alternativ olaraq sırf respublika sistemi olmalıdır, özü də hər hansı ön söz və ya sonluğu olmadan.

Varislik olaraq mütləq şahlıq və ya islami əmirliklər sistemlərini təsdiqləmək olmaz”.

Həccarianın bu sözləri şahlıq sistemini bərpa etmək istəyənlərə mesajdır. Eyni zamanda o, "İslam Respublikası” anlyışının dəyişdirilməsini təklif edir.

Maraqlıdır ki, İranın parçalanmasından qorxuya düşən bu şovinist düşüncəli şəxslər hər zaman xalqların bərabərhüquqlu yaşamasını təmin edən demokratik sistemin qurulmasını təklif etməkdən çəkiniblər.

Taymaz

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar