SON XƏBƏRLƏR

İranda saxta içkidən ölənlərin sayı artıb

2023.06.25, 09:59
İranda saxta içkidən ölənlərin sayı artıb

İranın Əlburz əyalətində saxta içkidən zəhərlənənlərin sayı 191-yə çatıb.

Gunaz.tv

Bu barədə əyalətin Tibb Elmləri Universitetinin rəhbəri Şəhram Sayadi bildirib.

Onun sözlərinə görə, metanoldan zəhərlənənlərin sayı 191-ə, ölənlərin sayı isə 17 nəfərə çatıb.

Məlumata əsasən, hazırda reanimasiyada olanlardan beşinin vəziyyətinin ağır olduğu və bu səbəbdən ölənlərin sayının artacağı ehtimal edilir.

Bununla yanaşı iyunun 22-də Hormozqan əyalətində də saxta içkidən 19 nəfər zəhərlənərək xəstəxanalara yerləşdirilib, onların ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, İranda spirtli içki istehsalı qadağandır. 

Ona görə də gizli və qeyri-standartlara uyğun olmayan şəkildə hazırlanan spirtli içkilər hər il yüzlərlə insanın zəhərlənməsinə və ölümünə səbəb olur.

Timur
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar