SON XƏBƏRLƏR

Zahidanda iki etnik bəluç edam edilib

2023.06.26, 11:56
Zahidanda iki etnik bəluç edam edilib

İranın Sistan və Bəluçistan əyalətinin mərkəzi Zahidan şəhərinin həbsxanasında daha iki etnik bəluç edam edilib. Bu barədə Bəluç Fəallarının Kampaniyası məlumat yayıb.

Gunaz.tv

Məlumatda 31 yaşlı Həsən Qomşadzehi və 40 yaşlı İshaq Anşininin narkotik maddələrin alverində günahlandırıldığı bildirilib.

Qeyd edək ki, insan haqları təşkilatlarının verdiyi son hesabata görə, son bir ayda İran həbsxanalarında 70-dən çox məhkum edam edilib.

2023-cü ilin ilk yarısında İranda edam edilən məhkumların sayı 400-ü keçib və öncəki ilin eyni dövrünə nisbətdə təxminən 80% artıb.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar