SON XƏBƏRLƏR

"Artıq danışıq aparmırıq"-Blinkendən İran açıqlaması

2023.07.24, 11:50
"Artıq danışıq aparmırıq"-Blinkendən İran açıqlaması

“Amerika artıq elə bir duruma çatıb ki, İranla nüvə anlaşmasının bərpası barədə danışıq apara bilməz". Bunu Amerikanın dövlət katibi Antoni Blinken deyib.

Gunaz.tv

Dövlət katibi bildirib ki, masa üzərində bir razılaşma var idi. İran Nüvə Sazişinə qayıtmaq barədə razılaşa bilmir və yaxud razılaşmaq istəmir.

 “Tramp administrasiyasının 2015-ci ildə Nüvə Sazimşindən çıxması böyük bir səhv didi. Bayden iqtidarı cüzi dəyişikliklər və düzəlişlər etməklə sazişə qayıtmaq istəyirdi.

 Lakin İran bu fürsəti itirdi"-Blinken belə deyib.

Onun sözlərinə görə, indi elə bir hal yaranıb ki, Amerika İranla razılaşmaq barədə artıq danışıqlar apara bilməz.

"Biz hər hansı mətndə olan sazışlə razılaşa bilmərik, saziş Amerikanın təhlükəsizlik məqsədlərini və maraqlarını təmin etməlidir.

İranın nüvə məsələsinin həllinə ən yaxşı yol isə diplomatiyadır.

Lakin bu başqa seçimlərin olmadığı demək deyil. Lazım gələrsə Amerikanın həmin seçimlərə əl atacaq”-dövlət katibi iyulun 23-də CNN-ə açıqlamasında bildirib.

Taymaz

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar