SON XƏBƏRLƏR

"Nəzarət Şurası ölkəni ciddi problemlərlə üzləşdirib"-Sünni din xadimi

2023.07.25, 12:10
"Nəzarət Şurası ölkəni ciddi problemlərlə üzləşdirib"-Sünni din xadimi

"Nigəhban Şurası ölkənin idarəçiliyinə aciz müdirlər təyin etməklə respublikanı ciddi problemlərlə üz-üzə qoyub”-Bunu İranın sünni icmasının tanınmış lideri Möləvi Əbdül Həmid deyib.

Gunaz.tv

Zahidan şəhərinin sünni icmasının cümə imamı Moləvi Əbdül Həmid 97 yaşı Əhməd Cənnətinin yenidən şuranın katibi vəzifəsinə seçilməsinin tənqid edib.

“Onun yenidən şuranın katibi vəzifəsinə seçilməsi hakimiyyətin ötən yanlış siyasətlərində düzəliş etməyə iradəsi olmadığına dəlalət edir”-deyə, o, bildirib.

Qeyd edək ki, Nəzarət və yaxud Gözətçi Şurası anlamında olan “Nigəhban Şurası” mollalar və müsəlman dini mütəxəssislərdən ibarət olmaqla ölkənin ən yüksək nəzarət orqanı sayılır. 
6 üzvü  islami fəqih olan 12 üzvdən ibarət şura ölkənin makro qərarları, o cümlədən deputatların və prezidentin səlahiyyətə malik olub olmadığını təyin edən orqandır. Şuranın 6 fəqih üzvü İranın rəhbəri Əli Xameneyi tərəfindən seçilir.

6 digər üzvü isə müxtəlif xüsusilə də islam qanunları üzrə müsəlman hüquqşünasdır. 

Xatırladaq ki, Gözətçi Şuranın Rəyasət Heyətinə bir müddət öncə cari ayda keçirilmiş şura daxili seçimlərdə 97 yaşlı Əhməd Cənnəti ötən 31 il ərzində yenə də şuranın katibi vəzifəsində saxlanılıb. 

Taymaz

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar