SON XƏBƏRLƏR

Tehranda ermənilər Azərbaycana qarşı aksiya keçirdilər-FOTOLAR

2023.07.26, 13:18
Tehranda ermənilər Azərbaycana qarşı aksiya keçirdilər-FOTOLAR

Tehranda ermənilər Azərbaycan Respublikasına qarşı aksiya keçiriblər.

Gunaz.tv

İyulun 25-da Tehranda erməni kiliəssinin qarşısına toplaşan aksiyaçı iştirakçıları Azərvaycan Respublikasının Qarabağı mühasirədə saxladığını iddia edib və etiraz şüarları səsləndiriblər.

İran hökumətinin icazəsi ilə keçirilən aksiyada Azərbaycan Respublikası əleyhinə şüarlar səsləndirilib, çıxışlar edilib.

Aksiyaya toplaşan ermənilər əllərində "NATO-nun Turan dəhlizinə yox", "Artsaxın mühasirəsinə son verilsin", "Bakının Qafqazdakı hegomonluğuna yox deyirik", "Qafqazda erməni xalqının təhlükəsizliyi təmin edilməlidir" və başqa bu kimi şüarlar yazılan plakatlar qaldırıblar.

Aksiyaçılar qarşısında çıxış edən məni keşişlər və başqaları İran rəsmilərinin Zəngəzur dəhlizi barədə iddialarını təkrar edib, İranın bu məsələdəki mövqeyinə görə minnətdarlıqlarını bildriblər.

Eyni gündə və saatda İsfahan şəhərində də erməni kilisəsinin zəngləri çalınıb və Tehranda aksiya keçirən ermənilərlə həmrəylik ifadə edilib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar