SON XƏBƏRLƏR

İran cəmiyyətində dini doqmatizm dərinləşir

2023.07.27, 13:00
İran cəmiyyətində dini doqmatizm dərinləşir

İran dövlətinin mühafizəkarlar qanadına bağlı xəbər agentliyi İran daxili internet qasid proqramlarından (mesencerlərdən) emojilərin bəzilərinin çıxarılmasını tələb edib.

Gunaz.tv

“Fars Mən” tətbiqinin istifadəçiləri münasib görüntülü olmayan şəkilciklərin (emojilərin) bəzilərinin İran daxili internet qasid proqramlarından çıxarılmasını tələb edib.

İstifadəçilər etiraz ediblər ki, su pərisi emojisi hicablı olmalı, büt simvolu olmamalı, yəhudilərin simvolu və sair bu kimi simvollar çıxarılmalıdır.

Xəbərdə gördüyünüz foto da istifadçilərin ləğv olunmağa istinad etdikləri dəlillər göstərilib. 

Qeyd edək ki, hakim dini iqtidarın kütləvi informasiya vasitələrindən istifadə edərək geniş miqyaslı dini məsələlərin aşırı təbliği nəticəsində İran cəmiyyətində dini doqmatizm vaxt ötdükcə daha dərinləşir. 

O cümlədən traktor imamzadasının yaranması, səyyar imamzadaların, Məkkənin gəzdirilməsi, divara su axdığına görə təsadüfi olaraq cüzi insan formasına oxşadığına görə onun müqəddəs sayılıması və yüzlərə belə misalı qeyd etmək olar. 

Taymaz

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar