SON XƏBƏRLƏR

İranın neftayırma zavodunda yanğın olub

2023.08.03, 13:05
İranın neftayırma zavodunda yanğın olub

İranın Loristan Əyalətinin Durud rayonundakı neftayırma zavodunda yanğın olub. Nəticədə 1 milyon litrdən artıq yanacaq alovlanıb. 

Gunaz.tv

“Yanğın avqustun 2, səhər saat 10:45-də “Petro Palayiş Qohər” Cəmiyyətinin çənində baş verib. Nəticədə 2 nəfər xəsarət alıb, 1 milyon 200 min litr yanacaq məhv olub.  

Yanğın genişmiqyası olduğuna görə, Loristan və Mərkəzi əyalətlərin şəhərlərindən 18 yanğınsöndurmə komandası cəlb olunub.  Təxminən 8 saatdan sonra yanğın söndürülüb.

Hadisənin səbəbi hələ müəyyən edilməyib. Qeyd edək ki, cari ildə Təbriz və Bəndər Abbas neftayırma zavodlarında 2 dəfə böyük yanğın olub.

Taymaz

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar