SON XƏBƏRLƏR

Dini konfessiya rəhbərləri Laçın yolu ilə bağlı birgə bəyanat yayıb

2023.08.04, 11:17
Dini konfessiya rəhbərləri Laçın yolu ilə bağlı birgə bəyanat yayıb

Onlar Ümumdünya Kilsələr Şurasının Laçın yolu ilə bağlı bəyanatını qınayıblar.

Gunaz.tv

 Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Azərbaycanın suveren ərazisi olan Laçın-Xankəndi yolunda  Ermənistanın süni şəkildə yaratdığı növbəti təxribatçı tamaşa - "TIR şousu" ətrafında gedən qərəzli bəyanatlara öz etirazlarını bildiriblər.

 Bəyanatda deyilir ki,  Ermənistan tərəfindən “humanitar yardım” adı ilə TIR yük maşınlarının Laçın nəzarət buraxılış postuna yönəldilməsi öncədən düşünülmüş və beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə törədilmiş anti-Azərbaycan təxribat kampaniyasının tərkib hissəsidir. "Dəfələrlə Azərbaycanın dövlət orqanları Xankəndində yaşayan Qarabağ bölgəsinin yerli erməni sakinlərini müzakirəyə dəvət edib,  lakin Ermənistan bununla razılaşmayıb.  Azərbaycanın humanist təkliflərinə rədd cavabı verilib. 

TIR-ların qəsdən Azərbaycanın Laçın sərhəd postu istiqamətində problem yaratması, hadisənin “etnik təmizləmə siyasəti” və “humanitar böhran” kimi qələmə verilməsi erməni tərəfinin müntəzəm olaraq həqiqətləri təhrif etmək xislətinin növbəti təzahürüdür". 

Dini konfessiya rəhbərləri bəyanatda  dünya ictimaiyyətini, xüsusilə, Ümumdünya Kilsələr Şurasını bölgədə  sülhə və əmin-amanlığa maneə yaradan erməni təxribatçı təbliğatına uymamağa və həqiqətlərə söykənən məlumatlara diqqət yetirməyə çağırıblar.  

Bəyanatı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy Nikonorov, Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri Aleksandr Şarovski, Alban-udi Xristian Dini İcmasının sədri Robert Mobili imzalayıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar