“Cümhuriyyəti-İslami” qəzeti yeni iddia ilə Azərbaycanı yenidən hədəfə alıb
Belçika parlamenti Rza Pəhləvinin rəsmi dəvətini ləğv edib: O, bütün müxalifəti təmsil etmir
Rusiya və Ukrayna arasında atəşkəs razılaşması əldə olunub
Dünya bazarında neftin qiyməti son 5 ayın ən yüksək həddinə çatıb
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb
Ərdoğanın milli qırıcı KAAN təsvirli qalstuku diqqət çəkib
Traktor İran hakimiyyətinin ayrı-seçkiliyi ilə üz-üzə; Dubaya uçuş üçün 30 milyard tümən tələb edilir
Salmasda sel bir uşağın həyatına son qoydu
Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə olunub
Sistan və Bəlucistanda polis polkovniki öldürülüb
İranlı nazir azərbaycanlı qızları ölkəsinə dəvət etdi
Pakistan-İran sərhəddində silahı qarşıdurma olub
Ceyhun Bayramov: Hindistan XİN rəhbəri ilə fikir müxtəlifliklərini açıq şəkildə müzakirə etdik, nəticələrini görəcəyik
"Traktor" daha üç xal qazandı
Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib
Müharibədən sonra işsiz vətəndaşların sayı artıb-Millət vəkili
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Tramp aralıq seçkilərindən sonra İrana yeni zərbələr endirməyi nəzərdən keçirir – The Atlantic
JP: İsrail husilərə hücum üçün ABŞ vasitəsilə Ər-Riyada məlumat ötürür
Tehran yeraltı obyektlərdə raket və dron istehsalını bərpa edib
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İsrail iranəsilli pilotla bağlı uçuşlara ölkəyə giriş qadağası qoyub
HSBC: Hörmüz boğazının strateji əhəmiyyəti 5 ilə azala bilər
Əli Xameneinin vəsiyyətnaməsi də meyiti kimi 7-8 saat bombardmanda yanıb!
İranda müharibə olarsa, internet kəsiləcək
İraq İranı ölkəyə narkatik keçirməkdə ittiham edir
Urmu gölünün xilası naminə Qoşaçayda çuğundur festivalına icazə verilməyəcək
Tehranda Ziya Göyalpın anadan olmasının 150 illiyi qeyd olunub
İranda daha səkkiz məhbus edam edildi
Ərdəbildə yanğın- 22 işçi zəhərləndi
Hindistanın xarici işlər naziri Azərbaycana səfər edəcək
Paşinyan: 2027-2028-ci illərdə Azərbaycanla sülh sazişinin imzalanması zəruridir
ABŞ Yaxın Şərqdə hərbi gəmilərinin sayını 24-ə çatdıra bilər
ABŞ-ın dəniz blokadasından sonra İranın tankerlərdə saxladığı neft ehtiyatları tükənib – WSJ
Tramp: ABŞ yaxın vaxtlarda İranla bağlı “bu və ya digər şəkildə” nəticəyə gələcək
WSJ: İsrail İrana mümkün zərbələr üçün hədəflərin siyahısını Pit Heqsetə təqdim edib
Təbrizli fəal Mehrdad Qadiri həbs edilib
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha bir siyasi məhbusun edam hökmü təsdiqləndi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
pələng üstündə təhvil alınan 2010-cu il beynəlxalq siyasət üçün nələr vəd edir?GünAzTv:
pələng üstündə təhvil alınan 2010-cu il beynəlxalq siyasət üçün nələr vəd edir? Pələng qəliz təbiətli və məkrli vəhşi olmasının siyasətə də yansıyacağı, bizi heç də asan bir il gözləmədiyi güman edilir. Ən fərqli, hətta tendensiyalı proqnozlar var. Onlara inanmaq da olar, inanmamaq da! Bunların arasında ağlabatanı, gerçək çıxacağına real zəmin olanlar da yox deyil. Məsələn, nüfuzlu "Newsweek" dərgisinin dərc etdiyi siyasi proqnozlara görə, gələn il Pakistanda və Venesuelada hərbi çevriliş baş verəcək. Proqnoza görə, Əfqanıstanda uğur, Çində və Avropa Birliyində iqtisadi böhran, funt-sterlinqin qiymətdən düşməsi və Braziliyada iqtisadi çiçəklənmə və bu ölkənin dünya iqtisadi nəhəngləri arasında irəliyə çıxması üzümüzə gələn ilin başlıca hadisələrindən olacaq.Proqnoza görə, gələn ilin öndə gələn hadisəsi Əfqanıstan kampaniyasının uğurla nəticələnəcəyi olacaq. Oraya əlavə qoşun kontingentinin göndərilməsi ona gətirib çıxaracaq ki, partlayışlar, teraktlar azalacaq, əhali bunun faydasını görəcək və bu ölkədə Amerika tərəfdarlarının sayı artacaq. İraqda özünü müsbət tərəfdən göstərmiş tendensiya bu proqnozu qüvvətləndirən faktor kimi göstərilir. Bu proqnozun xeyrinə belə bir variant da göstərilir ki, Rusiya və KTMT tərəfdaşları da koalisiyanın tərəfində de-fakto Əfqanıstan məsələsinə cəlb olunacaqlar.BRİK (BRIC) ölkələrinə (sürətlə inkişaf edən dörd ölkənin - Braziliya, Rusiya, Hindistan və Çin - ingiliscə baş hərfləri) özəl diqqət yetirilir.Braziliya dünyada "yeni Çin" mövqeyinə yüksələcəkdir. Rusiya indiki baş nazir Vladimir Putinin avtoritarizmi nəticəsində inkişafdan dayanıb, investorlar bu ölkəyə yatırım qoymaqdan çəkinirlər. Hindistanın ətrafını qeyri-sabit ölkələr sardığı üçün sürəti artıra bilmir. Çində isə böyük iqtisadi kollaps dünya hadisələri arasında önəminə görə ikinci yerdə dayanacaq. Çünki yüngül pullar Çində səhm və daşınmaz əmlak bazarını son həddə qədər şişirdib. Bank böhranı, ticarət müharibəsi və Çində artım tempinin yavaşıması ilə uzlaşmada sabun köpüyünün partlama anı yaxınlaşır. Çin rəsmiləri özləri də bu qorxunu gizlətmirlər. Bu hadisə nəticəsində dünya boyunca dağıdıcı deflyasiya dalğası keçib gedəcəkdir.Bölgəmizin ən böyük dövlətlərindən və Azərbaycanın strateji tərəfdaşı olan qardaş Pakistanda Asəf Əli Zərdari hökuməti nə əhali arasında, nə nazirləri və ordu arasında populyardır.
Ölkənin vilayətlərində partlayışlar, teraktlar, insan tələfatı səngimir, odur ki, hərbçilər onu devirəcəklər. Amma məsələ belədir ki, bu gün Pakistan hərbçiləri Zərdari ilə müqayisədə Vaşinqtona daha az etimad bəsləyirlər. Əgər onlar hakimiyyətə gəlsələr, deməli, bölgədə ABŞ-ın daha bir "ipə-sapa yatmaz" müttəfiqi meydana çıxacaqdır.Gələn il Venesuelanının "baş aparan" prezidenti Uqo Çaves hərbi putçistlər tərəfindən devriləcək. Deyilir ki, Uqo Çaves də öz pakistanlı həmkarı kimi əhalinin və hərbçilərin canını boğazına yığıb.Fidel Kastro öləcək və ABŞ ilə Kubanın arası düzələcək. Kubada hakimiyyət Raul Kastronun əlinə keçəcək, bu lider isə ABŞ-la əlaqələrdən gələn iqtisadi faydalar naminə ritorikasını yumşaldacaq, ilin sonuna yaxın isə Hillari Klinton elan edəcək ki, 2013-cü ilə qədər Vaşinqton və Havana arasında münasibətlər normallaşacaq.Rusiya - ABŞ - MDBSergey Lavrov vəd edir ki, gələn il ABŞ və Rusiya arasında münasibətlər darıxdırıcı olmayacaq və bu iki ölkə arasındakı münasibətlərdə "perspektiv var", iqtisadi məsələlərə dair "heç də pis olmayan dialoq genişlənməkdədir". Lavrov deyib ki, onlar bu gün bir sıra regional problemlərin həllində, Koreya yarımadasında nüvə problemi, İranın nüvə proqramı, Yaxın Şərq düyünü və s. üzərində ABŞ-la birgə işləyirlər.Rusiya gələn il MDB-də sədr olacaq. Yanvarın 1-dən isə Rusiya, Belarus və Qazaxıstan arasında gömrük ittifaqı qüvvəyə minir, onlarda vahid gömrük tarifləri olacaq. Qalan MDB ölkələri bu vəziyyətin gerçəklikdə özünü necə göstərdiyini maraqla izləyəcəklər. Ukraynada prezidentliyə namiizəd Viktor Yanukoviç vəd edib ki, prezident seçilərsə, Ukrayna bu ittifaqa qoşulacaq (Amma burası var ki, Ukrayna ÜTT-nin üzvüdür, orada isə qaydalar başqadır).Birlik üçün 2010-cu il "Elm və innovasiya ili" kimi tarixə düşməlidir. 2010-cu il həm də "Veteranlar ili" kimi yadda qalacaq, bunu da anlamaq lazım gəlir, belə ki, postsovet ölkələrində İkinci Dünya savaşı veteranlarının sıraları ildən-ilə seyrəlməkdədir. Üzümüzə gələn il birlik ölkələri alman faşizmi üzərində qələbənin 65-ci ildönümünü qeyd edəcəklər. Savaşda iştirak etmiş olanlar indi səksəni aşırıblar, illər öz sözünü deyir və onların çoxu üçün belə bir ehtiram həyatlarında bəlkə də sonuncu olacaq.Gələn il MDB daxili münasibətlərdə iqtisadi məsələlər öndə tutulacaq, qlobal maliyyə-iqtisadi böhranın nəticələrini aradan qaldırmaq başlıca istiqamət olacaq. Rusiyanın sədrliyi altında MDB ölkələri nə dərəcədə başarılı olacaq? - yaşayarıq, görərik. Amma bu ildən Rusiyanın MDB ölkələri ilə "hədə qorxu-metodu" ilə deyil, "iqtisadi və mədəni təsir" aspektində "danışmağa" başladığı hiss olundu. Bəzi analitiklərə görə, innən belə Rusiya bu xətti tutacaq və başarılı ola və özünə etimadı artıra da bilər.Bizim strateji tərəfdaşımız və Avropa qitəsinin iri dövlətlərindən biri olan Ukrayna qarşıdakı prezident seçkilərinin nəticəsindən asılı olmayaraq, Qərb oriyentasiyasında daha da irəliləyəcək və Rusiyanın onu öz orbitində saxlamaq cəhdinin boşa çıxdığı aşkar olacaqdır.Türkiyə - dünya oyunçusuTürkiyə indiyə qədər regional supergüc, burada ən lazımlı müttəfiq sayılırdı. Qarşıdakı ildə isə Türkiyənin dünya oyunçusu olduğu bütün qabarıqlığı ilə aşkarlanacaq və etiraf olunacaqdır. Kipr məsələsində bir aydınlaşma ehtimalı xeyli qüvvətlidir. Türkiyə, bu ölkə üçün yaradılmış problemlərin də öhdəsindən, nəhayət, gələ biləcək, xam xəyala düşənlərin iştahını küsdürə biləcəkdir.Bu hal Orta Asiyanın türk dövlətlərinin və Azərbaycanın beynəlxalq siyasi durumunu bir xeyli yüngülləşdirəcəkdir.Avropa: iğtişaşlar, böhran..."Qoca dünya"nı qiyamlar, iğtişaşlar sarsıdacaq. Milli və dini azlıqlar hakimiyyətlərin irqçi və dözülməz siyasətinə qarşı daha böyük kəskinliklə çıxacaqlar. Bu il Fransa və İsveçrədə "minarə yasağ"ına, digər ölkələrdəki "azan yasağ"ına, adamların geyimlərinə məhdudiyyətlərə və s. kimi təşəbbüslərə Avropa şəhərlərinin küçələrini dolduran müsəlman vətəndaşların reaksiyası bunun siqnalını vermiş oldu. Bu kimi qiyamların Fransada qopacağı daha çox təxmin edilir.Türkiyənin AB üzvü olmaq şansının qarşısındakı əngəllər qalacaq, bu şəraitdə ölkənin İslam Şərqi tərəfə meyillənməsi güclənəcəyi də ehtimallardan uzaq göstərilmir. İraqda indiki vəziyyət qalacaq və bu mənada Qərb üçün İraq məsələsində Türkiyənin önəmi də qalacaq.Bəzi proqnozlara görə, Avropada maliyyə böhranı baş verəcək. AB-də indiki iqtisadi yüksəliş müvəqqəti olacaq və ilk dəfə AB ölkələrindən bəziləri öz maliyyə-iqtisadi vəziyyətini düzəltmək üçün separatçı tədbirlərə baş vuracaqlar.
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda daha bir molla öldürüldü
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
Həmədanda onlarla tələbə zəhərləndi
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
Bloomberg: İranda 150-dən çox şagird və müəllimin öldüyü məktəbə hücumla bağlı hesabat ABŞ seçkilərindən sonraya saxlanılır
Tehranda Azərbaycana qarşı aksiya keçirilib