SON XƏBƏRLƏR

Kəlbəcərdə Ermənistan kəşfiyyat-diversiya qrupunun üzvü saxlanılıb

2023.08.16, 14:09
Kəlbəcərdə Ermənistan kəşfiyyat-diversiya qrupunun üzvü saxlanılıb

Avqustun 16-da saat 11:15 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Ordumuzun Kəlbəcər rayonu İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən döyüş mövqelərinin arasındakı boşluqlardan istifadə edərək Azərbaycan ərazisinə sızmağa cəhd edib.

Gunaz.tv

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, bölmələrimizin sayıqlığı nəticəsində erməni hərbçilərin təxribatının qarşısı alınıb.

"Nəticədə diversiya qrupunun bir üzvü yaralanmış vəziyyətdə hərbi qulluqçularımız tərəfindən saxlanılıb. Kəşfiyyat-diversiya qrupunun digər üzvləri geri çəkilməyə məcbur edilib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar