SON XƏBƏRLƏR

Naxçıvanda İrandan Türkiyəyə gedən maşından 36 kq gümüş tapılıb

2023.08.16, 14:42
Naxçıvanda İrandan Türkiyəyə gedən  maşından 36 kq gümüş tapılıb

Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Türkiyəyə “pambıq lifinin tullantıları” yükü aparan nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Gunaz.tv

Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunun ön hissələrindəki boşluqlardan 11 ədəd külçə formasında, 14 bükümdə isə qırıntı halında olmaqla 990 əyarlı gümüş aşkar edilərək götürülüb.

Gümüşün ümumilikdə çəkisi 36,946 kq, dəyəri isə 41436 Azərbaycan manatıdır. 
Faktla bağlı araşdırmalar davam etdirilir.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar